Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin Mətbuat Xidmətinin məlumatı

İyulun 31-də Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursul­tan Nazarbayevə telefonla zəng edib. Pre­zident İlham Əliyev Nursultan Nazarbayevi və qardaş Qazaxıstan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Nursultan Nazarbayevə möhkəm cansağlı­ğı, Qazaxıstan xalqına firavanlıq arzulayıb.

Prezident İlham Əliyev Qazaxıstanın Nur­sultan Nazarbayevin rəhbərliyi altında böyük uğurlar qazandığını, şərəfli tarixi yol keçdiyini qeyd edib, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişa­fında onun böyük rol oynadığını bildirib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Nursultan Nazarba­yev öz növbəsində dövlətimizin başçısına və xalqımıza ən xoş bayram arzularını çatdırıb.

Prezident İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələrlə bağlı Nursultan Nazarbayevin fəxri sədr olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycana dəstək ifadə edən bəyanatını yüksək qiymətləndirib, bunu türkdilli dövlətlərin bir-birinə qarşılıqlı dəstəyinin növbəti təzahürü kimi dəyərləndirib. Dövlətimizin başçısı bir daha türk dünyasının ağsaqqalı Nursul­tan Nazarbayevə möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

5 Avqust 2020 03:43 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə