Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TƏBİB koronavirus testlərinin çatışmazlığı barədə iddialara münasibət bildirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda COVİD-19 virusunun müəyyən edilməsi üçün istifadə edilən testlərin çatışmazlığı barədə yayılan məlumatlara münasibət bildirib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, ölkədə test çatışmazlığı yoxdur. Testlərin götürülməsinə məsul olan qurumlara kifayət qədər test təqdim edilir.

Qeyd edək ki, sosial şəbəkədə bəzi poliklinikaların COVİD-19-a yoluxmada şübhəli xəstələr tərəfindən edilən çağırışlara getmədiyi və buna səbəb kimi testin olmadığı bildirilir.

Hazırda Bakıda COVİD-19 virusuna yoluxmada şübhəli bilinən xəstələrdən test analizləri yerli poliklinikalar tərəfindən götürülür. Pandemiya ilə əlaqədar poliklinikaların işinə nəzarət etmək səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.

4 Avqust 2020 15:52 -

Köhnə versiyamızdan xəbərləri izlə