Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzIntelecom” MMC xidmətlərin idarə edilməsi, informasiya təhlükəsizliyi, biznesin davamlılığı sistemlərinin tərtibi və tətbiqi üzrə məsləhət xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Açıq tenderdə iddiaçı qismində ixti­saslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olma­lıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 400 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

H/h- AZ30AZPO 91015461200420100063

VÖEN- 9900048721

Bank- “Azərpoçt” MMC PF 1

Kod- 691011

VÖEN-9900037711

M/h-AZ76NABZ 01350100000000094944

S.W.İ.F.T:AZPOAZ22

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl­dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağ­lı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası­nın Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 24 avqust 2020-ci il saat 15.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 1 sent­yabr 2020-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçı­ların təklifləri 2 sentyabr 2020-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

31 İyul 2020 00:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
30 Sentyabr 2020 | 23:35
B i l d i r i ş
30 Sentyabr 2020 | 23:35
B i l d i r i ş
30 Sentyabr 2020 | 23:04
B i l d i r i ş
29 Sentyabr 2020 | 00:30
B i l d i r i ş
29 Sentyabr 2020 | 00:30
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə