Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya daha bir ölkə üçün hava sərhədlərini açır

Rusiya daha bir ölkə üçün hava sərhədlərini açıb. Artıq İsveçrə vətəndaşları Rusiya ərazisinə məhdudiyyətsiz daxil ola biləcək.

Rusiyanın Baş Naziri Mixail Mişustin imzaladığı qərarla giriş icazəsi avqustun 1-dən qüvvəyə minib. İsveçrə vətəndaşları Rusiyaya hava nəqliyyatı ilə gələ bilər.

Qarşılıqlı əsasda İsveçrə ilə hava əlaqəsi avqustun 15-dən bərpa olunmalıdır: uçuşlar həftədə bir dəfə Moskva-Cenevrə-Moskva marşrutu üzrə yerinə yetiriləcək.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

3 Avqust 2020 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə