Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxda görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıq edirlər

Qazax hər gün dəyişir, abadlaşır, gözəlləşir. Hazırda şəhərdə ölkə Prezidentinin tapşırığına əsasən su və kanalizasiya xətti çəkilir. Bu mühüm layihəni qazaxlılar böyük razılıq və minnətdarlıqla qarşılayıblar. Diqqətçəkən məqam odur ki, bu xətt çəkilən kimi həmin an asfaltlanma işləri aparılır, binalarda, dam öttüklərində, daxili bloklarda, həyətlərdə geniş abadlıq-quruculuq işləri görülür. Qeyd edək ki, işlərin belə operativ və keyfiyyətlə görülməsində rayon icra hakimiyyətinin  rolu böyükdür. Bu işlərə icra hakimiyyətinin başçısı Rəcəb Babaşov şəxsən nəzarət edir. Nəticədə gözəl, yaraşıqlı binaların sayı durmadan artır, «Abad məhəllə»lərin biri digərini əvəz edir.Rəcəb Babaşov hansı məhəlləyə gedirsə sakinlərdən yalnız xoş sözlər eşidir. Onların hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirirlər...

Göyəzən.az internet portalı maraqlı bir süjet hazırlayıb. Şəhidlər Xiyabani ərazisindəki binalarda yaşayan sakinlərdən bir qrupu ilə görüşüb, onların fikirlərini öyrənib.  Ən müxtəlif peşə sahibləri olan bu insanların sevinci yerə-göyə sığmır. Deyirlər ki, bu həyətlər indiyədək asfalt üzü görməmişdi. Binalara, dam örtüklərinə illərlə əl vurulmamışdı... Fəridə Əbülfəthi, Şölə Mustafayeva, Bağanis Ayrımdan məcburi köçgün Bəhlul Poladov və başqaları bütün bunlara görə ölkə Prezidentinə öz ürək sözlərini dilə gətirirlər, həvəslə öz həyət-bacalarını göstərirlər.

Bəli, Qazax beləcə hamının gözü qarşısında Azərbaycanın ən gözəl guşələrindən biri olur. Onun küçə və prospektləri, park və xiyabanları, digər tikililəri kimi yaşayış binaları da öz nimdaş paltarını dəyişib və dəyişir…

 

Hamlet Qasımov,
«
Xalq qəzeti»nin bölgə müxbiri

 

3 Avqust 2020 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə