Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus həyati vacib orqanları zədələyir

Peyvənd axtarışında olan, həm də gecə - gündüz xəstələrin həyatlarını xilas etməyə çalışan elm adamları virus haqqında daha bir araşdırmaya imza atıblar.

COVİD-19 səbəbi ilə həyatını itirənlərin çoxunun ölüm səbəbi kimi tənəffüs çatışmazlığı göstərilirdi. İngiltərədə koronavirusdan ölən xəstələrin tibbi ekspertizası heç kimin gözləmədiyi nəticələri üzə çıxarıb. Bu, çox önəmli araşdırmanın nəticəsinə görə, ölən xəstələrin vəziyyətinin pisləşməsinə səbəb qan laxtalanmasıdır.

"Imperial College London"nun araşdırması bütün dünyanın marağına səbəb olub. Yoluxucu xəstəliklər üzrə mütəxəssis olan professor Graham Kooke koronavirusdan ölən bütün xəstələrdə qan laxtalanması - tromboz olduğunu bildirib. Tromboz ölümcül nəticələri olan ciddi bir problem kimi qəbul edilir.

Professorun sözlərinə görə, bu bütün xəstələrin ölüm səbəbi olmaya bilər.
Ancaq araşdırmalar COVİD-19-un qan damarlarına böyük ziyan vurduğunu sübut edir.

Əslində koronavirus tənəffüs yolu xəstəliyi kimi bilinsə də, irəliləyən mərhələlərdə ürək, beyin, böyrək kimi həyati vacib orqanları da zədələyə bilir.

"Northwestern" Universitetinin kardioloq mütəxəssisi Robert Bonovun sözlərinə görə, tomboza səbəb olan amil COVİD-19 virusunun başqa heç bir virusda görülməyən özəlliyi ola bilər. Virus hüceyrə reseptorlarına yapışdığı kimi qan damarlarına da yapışa bilər. Nəticədə həm damarlar. həm də ürək əzələləri zərər çəkir.

 

Hazırladı:

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

3 Avqust 2020 22:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə