Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kvant terapiyası...

Hərbi nevroloq, homoterapist Mirzə Qaraşovun koronavirus ağırlaşması olan pnevmoniyanın müalicəsində yüksək nəticələr göstərən, xəstəni ayağa qaldıran Kvant terapiyası haqqında məlumatını təqdim edirik:

“Mən sizə ötən əsrin 80-ci illərinin ortalarından tətbiq olunan kvant terapiyası haqında danışmaq istəyirəm. Kvant terapiyası üçün tətbiq olunan aparatlarda eyni zamanda bir neçə fizioterapevtik proseduranın-lazer şüaları,infraqırmızı şüalar,daimi maqnitoterpiya, nəhayət görünən qırmızı işıq, son illərdə isə bunlara elektroneyrostimulyasiyanın əlavə olunması müalicə imkanlarını xeyli artırır.

Fizioterapevtik prosedurların dərmanlarla yanaşı istifadə olunması,müalicə prosesində dərmanların miqdarını əhəmiyyətli dərəcədə azaltmağa,müalicə müddətinin 2-3 dəfəyə qədər qısaldılmasına imkan verir.

Bəzi xəstəliklər zamanı hətta dərmanlardan imtina etməyə imkan verir. İndiki dövrdə,dərmanların qiymətinin çox yüksək olduğu bir dövrdə bunun əhəmiyyətinin nə qədər yüksək olmasından danışmağa yəqin ki ehtiyac yoxdur.

Kvant terapiyası üçün nəzərdə tutulmuş aparatlar ağrısız, təhlükəsiz olması ilə yanaşı ev şəraitində tətbiqi mümkündür. Kvant terapiyasında əsas müalicəvi faktor arsenid-qalium lazer diodunun impulslu lazer şüalanmasıdır. Lazer şüalanması qan dövranına, maddələr mübadiləsinə güclü stimullaşdırıcı təsir göstərir, neyrohumoral faktorları, immunokomponent sistemi aktivləşdirir.

Kvant terapiyası zülal sintezini gücləndirir (DNT,RNT), fermentləri aktivləşdirməsi, ATF sintezini yüksəltməsi, mikrosirkulyasiyanın yaxşılaşdırılması, qanın biokimyəvi tərkibinin və onun aqreqant vəziyyətinin yaxşılaşdırılması, toxumaların regenarasiyasının sürıtləndirilməsi, kollagen sintezinin güclənməsi, iltihabəleyhinə, ağrıkəsici, xolesterin səviyyəsinin aşağı salınması, immun siteminin stimulyasiyası, güclü antioksidant effekt, prostaqlandin sintezinin gücləndirilməsi, lipidlərin perekis oksidləşməsinin səviyyəsini aşağı salınması məqsədilə bu terapiyadan istifadə məsləhət görülür”.

 

Hazırladı:

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

3 Avqust 2020 22:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə