Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID –19-un müalicəsindən sonra bu müayinələr aparılmalıdır

Koronavirus çox sirli, yeni, aqressiv və bir çox fəsadları olan virusdur. Onun müalicə dövründən sonra orqanizmdə özünə necə təsir buraxacağı haqda məlumatlar hələ indi əldə olunur.

Həkimlər istər xəstəxanada, istər evdə müalicə alan xəstələrin sağaldıqdan bir müddət sonra xəstəliyin digər orqanlara təsirini yoxlamaq və profilaktika məqsədilə müəyyən müayinələrdən keçsələr yaxşı olar. Medicina.az xəbər verir ki, koronavirusdan sağaldıqdan sonrakı 1 ayda bu müayinələr mütləqdir, xüsusilə yaşı 45-dən yuxarı olanlar üçün.

1. Ürəyin müayinəsiEXQ, EKQ, kardioloq və bəzi qan analizləri – koronavirus ürək xəstəlikləri riskini artırır

2. Pulmonoloq müayinəsi – ağciyər və bronxların diqqətdə saxlanması üçün. Çox zaman orta və ağır xəstələrdə ağciyərlərdə fibroz ocaqlar olur. Onların sağalması üçün müəyyən dəstək və təlimatlar lazımdır

3. Koaluqramma analizi qanın laxtalanması, trpomb təhlükəsi və s.

4. Baş damarlarının və boyun şah damarlarının dopleri

5. Ayaq damarlarının dopleri – tromboz səbəbinə görə

6. Daxili orqanların USM müayinəsi – xüsusən qaraciyər, böyrəklər, qalxanvari vəz və s.

7. Qaraciyər göstəriciləri -analizi ALT AST Hepatit (xüsusən xəstəxanada yatanlar)

8. Sidiyin analizi
9. Qanın ümumi analizidəmir, qanda C reaktiv zülal, iltihab göstərici və s

10. Nevroloq, psixoterapevt müayinəsi   

Mümkün qədər bu müayinələrdən ilk 1-2 ayda keçməyiniz məsləhətdir. Ola bilər ki, koronavirus müəyyən orqanlarda izlər qoysun və bunu bilməyəsiz.

 

Hazırladı:

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

3 Avqust 2020 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə