Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Asiya Parlament Assambleyasına müraciət

Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva nümayəndə heyəti adından Asiya Parlament Assambleyasına üzv ölkələrə müraciət ünvanlayıb.

Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri Q. Paşayevanın, nümayəndə heyətinin rəhbəri kimi imzaladığı müraciətdə işğalçı Ermənistanın iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar, ön cəbhə kəndlərində mülki vətəndaşları hədəfə almaları kimi vandalizm əməlləri, işğalçı Ermənistan rəhbərliyinin cinayətkar əməlləri barədə geniş məlumatlar öz əksini tapıb.

Bu müraciət artıq Asiya Parlament Assambleyası baş katibliyi vasitəsilə Assambleyanın bütün üzv ölkələrinin nümayəndə heyətlərinə göndərilib.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

3 Avqust 2020 22:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə