Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya ictimaiyyəti bir daha erməni vandalizminin şahidi oldu

Ermənistanın sərhədin Tovuz istiqamətində törətdiyi təxribata, insanların mülkiyyətinə ciddi ziyan vurmasına, dinc əhalini qətlə yetirməsinə haqlı olaraq etiraz edən dünya azərbaycanlılarının mütəşəkkil şəkildə beynəlxalq ictimaiyyətin diqqətini işğal faktına yönəltməsi istər  təcavüzkar ölkənin rəhbərliyinə, istərsə də erməni diasporuna ciddi zərbə oldu. Dünya ictimaiyyəti insan hüquqlarının müdafiəsini dinc şəkildə tələb edən soydaşlarımıza qarşı erməni vəhşiliyinin  bird aha şahidi oldu. İstər ABŞ-da, istərsə də Avropanın mərkəzində  azərbaycanlılara qarşı erməni lobbsinin nifrət zəminində mürtəce davranışları həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən də pislənildi.

Bununla da özünü dünyaya sülhsevər xalq və ölkə kimi təqdim edən ermənilərin imitasiya xarakteri və terrorçu mahiyyəti tam çılpaqlığı ilə özünü göstərdi. Yəni, sərhədəki hərbi təxribat kimi soydaşlarımıza qarşı vandal aktları da bumeranq effekti ilə Ermənistanın özünə zərbə olaraq qayıtdı. Bunu Nikol Paşinyanın bu günlərdə Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması da təsdiqləyir. Aydın olur ki, erməni diasporunun fəaliyyətində ciddi problemlər yaranıb. Ermənistanda nəşr olunan “Past” qəzeti Nikol Paşinyanın belə addımını  diaspor  komitəsinin fəaliyyətinin qeyri-effektivliyi ilə əsaslandırıb. Məlum olub ki, Paşinyanı erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması hiddətləndirib. Hətta erməni mətbuatının yazdığına görə, Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanın bugünlərdə ortalarda görünməməsi də Paşinyanın qəzəbinə səbəb olub.

Ermənistanın diaspor siyasətinin tam uğursuzluğa düçar olması Paşinyanla Sinanyan arasındakı mübahisənin əsas tezisi olub.

Əslində, işğalçı ölkənin  baş nazirinin diaspora qarşı bu qəzəbi və “təmizləmə”ləri, həmçinin düçar olduğu uğursuzluğun həm hökumət rəhbəri olaraq özündə, eyni zamanda, cəmiyyətdə yaratdığı psixoloji gərginliyi azaltmağa hesablanıb. Lakin Paşinyanın “islahat”larının nəticə verəcəyi inandırıcı görünmür. Reallıq ondan ibarətdir ki,  təcavükar ölkə rəhbərinin qısamüddətli hakimiyyəti dövründə daxili-xarici siyasətdə ciddi boşluqlar olduğu kimi, Ermənistan-diaspor münasibətlərində də dərin uçurum yaranıb. Nifrət zəminində baş verən son hadisələr nəticəsində “vandal, qaraguruh” imici ilə dünyada rəzil olan erməni diasporunun əhval-ruhiyyəsində müsbət istiqamətə dəyişiklik gözlənilən deyil.

Göründüyü kimi, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Ermənistanın beynəlxalq aləmdə küncə dirəyib. Bu yaxınlarda keçirilən KTMT-in toplantısında da qurumun üzvü olan deputatların Ermənistanın işğalçı siyasətinə olan münasibəti, Tovuz əməliyyatında Nikol Paşinyana dəstək verməmələri  baş naziri çıxılmaz vəziyyətə salıb. Artıq o, münaqişənin nizmlanmasında danışıqlar masasaına qayıtmaqdan başqa ayrı yol görmür. Belarusa sonuncu səfəri zamanı da  də Nikol Paşinyanın Azərbaycanla danışqlara hazır olduğunu bildirməsi onun  çıxılmaz vəziyytə düşməsindən xəbər verir. 

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı, parlamentin AŞPA- da nümayəndə heyətinin üzvü

 

 

 

3 Avqust 2020 11:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə