Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstanda virusa yoluxanlar

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 6 yoluxma halı qeydə alınıb. Bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1177 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6969 nəfər karantində saxlanılır, 285 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 955 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

3 Avqust 2020 10:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə