Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstanda daşqınlar 16 can aldı

Əfqanıstanda güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində 16 nəfər, o cümlədən 12 uşaq ölüb. İtkin düşənlər var. Sinxua agentliyinə istinadla xəbər verir ki, daşqınlar cümə günü axşam ölkənin şərqindəki Nanqarhar əyalətində başlayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət bir neçə evi dağıdıb. Dörd uşağın itkin düşdüyü bildirilir.

Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır. Zərər çəkmiş ailələrə humanitar yardım göstərilir.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

3 Avqust 2020 09:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə