Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST-ün COVID –19-la bağlı yeni tövsiyələri

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 10 günlük səfərdə olmuş missiyası COVID --19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsini, təmasın izlənməsi və test strategiyasının gücləndirilməsini tövsiyə edir. Bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST-nin COVID --19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etməsindən altı ay keçir:

“Bu missiyanın hazırkı zaman çərçivəsində planlaşdırılması Azərbaycanda epidemioloji, kliniki və kommunikasiya nöqteyi-nəzərdən pandemiyaya qarşı mübarizə tədbirlərinə dair aparılan işlərə baxış keçirməyə və gələcək aylarda bu əldə etdiyimiz biliklərdən necə istifadə edəcəyimizi görməyə imkan verdi.

ÜST- ün mütəxəssisləri, COVID --19-a qarşı mübarizə tədbirləri çərçivəsində qoyulan böyük maliyyə və insan resursları sərmayələrini, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və COVID --19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər”.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

2 Avqust 2020 14:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə