Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa ölkələri koronavirusun ikinci dalğasına hazırlaşır

 “The Guardian” qəzetinin yazdığı məlumata görə, Kataloniyada son 2 sutkada yoluxmaların sayı artımaqda davam edir. Bunun fonunda rəsmi qurumlar sərt karantin tədbirlərini yenidən müzakirə edir.

Almaniyada də vəziyyət narahatlıq yaradır. Son həftələrdə yoluxma sayında artım var. Səhiyyə Nazirliyi COVID-19-a görə testi hamı üçün pulsuz və məcburi etmək niyyətindədir.

Fransa Səhiyyə Nazirliyi isə vətəndaşlara müraciət edərək daha ehtiyatlı olmağa çağırıb. Xüsusilə gənclər arasında yoluxmanın artması narahatlıq yaradır.

Yunanıstanda bütün qapalı məkanlarda maska taxmaq məcburi olub. Burada sosial məsafənin qorunması baxımından problemlər var.

Belçika hakimiyyəti sərt karantinə qayıdığı müzakirə edərək razılaşdırıb.

Xatırladaq ki, ÜST rəhbərliyi son yarım ayda dünyada yoluxma hallarının artdığını bildirərək pandemiyanın daha da sürətləndiyini vurğulayıb.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

2 Avqust 2020 14:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə