Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Könülləri sevindirən mərasim -- Qurban bayramı

Milli Məclisin deputatı Qənirə Paşayeva ön cəbhə rayonu olan Tovuzda sərhəd kəndləri başda olmaqla bir çox kəndlərdə şəhid ailələri, Qarabağ müharibəsi əlil və veteranlarını, fiziki imkanları məhdud şəxsləri və maddi imkanları çox aşağı olan ailələri Qurban bayramı münasibətilə təbrik edib.

Həmrəylik, mərhəmət, sevgi və paylaşmağı ifadə edən bu bayramda rayondakı aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib. “Cənab Prezidentimiz İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, fiziki imkanları məhdud insanlarımıza, maddi vəziyyəti çox çətin olan ailələrə qarşı diqqət və qayğısı hər birimizə böyük örnəkdir” -- deyən Qənirə Paşayeva Qurban bayramında onlara Allahdan bütün arzularına çatmalarını diləyib.

Cənab Prezidentimizin şəhid ailələrinin, Qarabağ müharibəsi əlil və qazilərinin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərin, həyata keçirilən önəmli işlərin dövlətimizin, dövlət başçımızın diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan deputat Qənirə Paşayeva “hər zaman şəhid ailələrimizin, Qarabağ müharibəsi veteran və əlillərimizin yanındayıq” -- deyib.

Qənirə Paşayeva sakinlərin qayğıları ilə də maraqlanıb. Deputat bayram günlərində online qaydada görüntülü şəkildə onlarla seçicisini təbrik etməklə yanaşı onların qaldırdıqları məsələləri diqqətdə saxlayacağını və həlli istiqamətində çalışacağını deyib. Sakinlərin qaldırdığı bəzi məsələlər isə qısa zamanda həllini tapıb.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

2 Avqust 2020 13:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə