Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallıda subartezian quyularının qazılması davam etdirilir

Ölkəmizin regionlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezidenti İlham Əliyevin “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” aprelin 15-də imzaladığı Sərəncama müvafiq olaraq rayonda 10 subartezian quyu qazılacaq.

Bu, 36274 nəfər əhalisi olan on yaşayış məntəqəsində suvarma suyu və içməli su ilə təminatın yaxşılaşdırılmasına imkan yaradacaq.

Hazırda rayonun Ərkivan qəsəbəsində, Babaser, Bala Təklə, Əhmədli, Köhnə Alvadı, Qodman, Öncəqala, Sərçuvar, Şərəfə və Tüklə kəndlərində subartezian quyularının qazılması davam etdirilir.

Qeyd edək ki, ötən il Masallı rayonunda 7 subartezian quyu qazılaraq sakinlərin ixtiyarına verilib.

2 Avqust 2020 12:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə