Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son gündə Pakistanda koronavirusdan 27 xəstə ölüb

Son sutka ərzində Pakistanda COVID-19 virusuna 903 nəfər yoluxub və bununla da pandemiya dövründə yoluxanların sayı 278 min 305 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saatda 27 xəstə ölüb və həyatını itirənlərin sayı 5 min 924 nəfər olub.

Hazırda xəstəxanalarda 25 min 177 koronavirus xəstəsi var, onlardan 1146-nın vəziyyəti ağır qiymətləndirilir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

2 Avqust 2020 11:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə