Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxt polisi sosial şəbəkələrdə yayılan videogörüntüləri araşdıraraq müvafiq tədbir görüb

Bakı Şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə “Bakı bu axşam” başlığı altında yayılan videogörüntülərlə bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, həmin görüntülər tam və hərtərəfli araşdırılıb. İyulun 31-də gecə saatlarında Nəsimi rayonu Neftçilər prospektində onlayn fəaliyyət göstərən bir neçə kafe və restoranın inzibatçı və müştərilərinin karantin rejimi qaydalarını pozmaları müşahidə olunub. Oradan alış̧-veriş̧ etmiş̧ bir qrup şəxs həmin kafe və restoranların qarşısındakı parkda sosial məsafə gözləmədən və 5 nəfərdən artıq qrup halında toplaşaraq mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları pozaraq əyləniblər.

Yayılan görüntülərdə İnzibati Xətalar Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarının tərkib əlamətləri olduğuna görə Nəsimi Rayon Polis İdarəsi tərəfindən həmin inzibati xətaları törədən hüquqi və fiziki şəxslər müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb olunublar.

Bakı Şəhər Baş Polis İdarəsi paytaxt sakinlərinin diqqətinə bir daha çatdırır ki, mövcud karantin rejimi ilə əlaqədar tətbiq olunan qaydalara ciddi əməl edilməlidir.

2 2020 10:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə