Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İbrahim Cəfərov: «qurban payı ilk növbədə vətəni Azərbaycandan xeyli uzaqlarda olan tələbələrə verilməlidir...”

Artıq neçə vaxtdır ki, aqrar universitetin bu tələbələri öz evlərinə gedə bilmir, valideynlərini, yaxınlarını, dost-tanışlarını görmürlər...Təbii ki, darıxırlar. Lakin universitetin rəhbərliyi əcnəbi tələbələr üçün elə bir şərait yaradıb ki, onlar özlərini doğma evlərində hiss edirlər.

Əvvəla, hər bir şəraiti olan, «4 ulduzlu» otel səviyyəsində yataqxanada qalırlar. Digər tərəfdən müəllimləri, tələbə yoldaşları məlum səbəblərə görə təmasda ola bilməsələr də virtual əlaqə saxlayırlar, lazım gəldikdə nəsə aparırlar, problemləri ilə maraqlanırlar. Universitetin rektoru,AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tapşırıb ki, əcnəbi tələbələr hər bir qayğı ilə əhatə olunmalıdırlar. «Axı onların da evləri-eşilkləri var, yollarını həsrətlə gözləyənləri var. Qurban payı da ilk növbədə vətəni Azərbaycandan uzaqlarda olan tələbələrə verilməlidir.”

Elə də oldu. Azərbaycan Dövlet Aqrar Universiteti rəhbərliyinin qurban payları ilk növbədə yataqxanada yaşayan ecnebi telebələrə verildi.

 

Hamlet Qasımov,
«Xalq qəzeti»nin bölgə müxbiri

 

1 2020 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Sentyabr 2020 | 12:29
"Xarqo" filmi çəkildi

Köhnə versiyamızdan xəbərləri izlə