Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da iki təyyarə toqquşdu

Alyaskada (ABŞ) iki kiçik təyyarənin toqquşması nəticəsində aralarında ölkənin nümayəndələr palatasının deputatı Harri Knop olmaqla 7 nəfər ölüb.

Xarici KİV-in məlumatına görə, hadisə Kenay yarımadasındakı Soldotna aerodromu yaxınlığında baş verib. ABŞ Federal aviasia idarəsi göyərtəsində altı sərnişini olan tək mühərrikli "Havilland DHC-2" və digər kiçik "Piper Aztec" təyyarələri havada toqquşub. Nəticədə altı nəfər faciə yerində, daha bir nəfər xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən həlak olublar.

H.Knopun ölümü ilə bağlı məlumat siyasətçinin həmkarları tərəfindən təsdiqlənib.

Federal aviasiya idarəsi və milli təhlükəsizlik şurası araşdırmalar aparır.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 

 

1 2020 18:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə