Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri Bakıya gələcək

Almaniyada çalışan, məşhur azərbaycanlı professor, Almaniya “Beynəlxalq Humanitar Tibbi yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri Ağabəy Azərbaycani avqustun 3-dən Bakıda olacaq. Bu barədə Medicina.az xəbər verib.

  Professor Bakıda olduğu qısa müddətdə humanitar aksiya çərçivəsində bir çox istiqamətdə xəstələrin müayinəsini həyata keçirəcək

- Şəkər xəstələri

- Ürək-damar xəstələri

- Vertebral, onurğa, hərəkət-dayaq probblemləri

- Onkoloji xəstəliklər

- Eləcə də koronavirusdan sonrakı reabilitasiya və orqanizmin bərpası. – Hazırda virusla xəstə olan insanlar yox, ən azı 10 gün öncədən virusdan sağalmış şəxslər

Həkim akademik təbabətlə yanaşı, alternativ metod və xüsusi pəhriz və qidalanma ilə xəstələrin müalicəsində öz effektiv üsullarını da təqdim edir.

Sizə dəqiq müayinə, müalicə təyin edə bilər. Bu fürsətdən istifadə etməyə dəyər.

Həkim Bakıda UNİKLİNİKA-da xəstələri qəbul edəcək. Öncədən yazılmaq mütləqdir. Əlaqə telefonu: 050 312 19 98

 

Hazırladı:

 Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

1 2020 17:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə