Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəmbər Hüseynlinin xatirəsinə hörmətlə...

Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri Qənirə PAŞAYEVA Facebook səhifəsindəki paylaşımında incəsənət ustalarının marağında olan bir xəbərdən bəhs edib:

“Bugünlərdə, tanınmış teatrşünas Anar Bürcəliyev və Gəncədən bir neçə başqa ziyalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi mənə müraciət edərək, Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin yerləşdiyi ərazinin hasara alındığını bildirmiş, məzarın ərazidən köçürüləcəyi və yerində çoxmərtəbəli bina tikiləcəyi ilə bağlı xəbərlərdən    narahatçılıq ifadə etmişdi.

Biz, ziyalıların bu narahatçılığını bölüşərək Mədəniyyət komitəsi adından əlaqədar orqanlara, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Niyazi Bayramova rəsmi müraciət göndərdik və ölməz "Cücələrim"-in müəllifi Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin yerləşiyi ərazidə ziyalıların da bildirdiyi kimi, çoxmərtəbəli yaşayış binası deyil, tam əksinə tematik bir parkın olmasının qədim Gəncəmiz, bütövlükdə ölkəmiz üçün daha önəmli olması ilə bağlı fikirlərimizi də qeyd etdik.

Çox sağ olsun, Niyazi müəllim aldığım məlumata görə ziyalıların, şəhər sakinlərinin narahatlığına son qoyulacağını bildirib. Eyni zamanda birmənalı şəkildə bildirib ki, görkəmli sənətkarın məzarı köçürülməyəcək və o ərazidə çoxmərtəbəli bina tikintisinə imkan verilməyəcək. Və Qəmbər Hüseynlinin məzarı öz yerində qalmaqla ziyalıların da istəyinə uyğun olaraq, sözügedən ərazidə, uşaqlar üçün tematik park yaradılacaq.

Ölkə və şəhər əhəmiyyətli məsələlərdə ziyalıların, Gəncə sakinlərinin mövqeyinin dinlənilməsi çox müsbət hadisədir. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, ictimai nəzarət çox vacibdir və ümumi işin xeyrinədir.

Fürsətdən istifadə edib, öz dəyərlərinə yiyə duran, haqlı səsini ucaldan ziyalılarımıza və onların səsinə səs verən şəhər icra hakimiyyəti rəhbərliyinə təşəkkür edirəm.

 

Hazırladı:

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

1 Avqust 2020 17:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Noyabr 2020 | 15:52
Azadlığın mübarək, Ağdam!
23 Noyabr 2020 | 15:51
Sənətkarın Şəhid oğlu

Köhnə versiyamızdan xəbərləri izlə