Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusla bağlı vəziyyət son iki həftədə sabitdir

Azərbaycanda koronavirusun alovlanması may ayından başladı, son iki həftə ərzində isə vəziyyət stabilləşib”. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda səfərdə olan missiyasının rəhbəri David Novillo Ortiz belə deyib.

O bildirib ki, son iki həftə ərzində xəstəliyə yoluxma halı 30 faizə yaxın azalıb:

“Biz səfərimiz zamanı operativ qərargahın rəhbərliyi, dövlət məmurları, səhiyyə işçiləri ilə 50-yə yaxın görüş keçirdik. Səfərimizin məqsədi cari vəziyyəti təhlil etmək idi.

Görüşlər vaxtı aidiyyəti şəxslərin onlara verdikləri məlumatlardan razı qalan missiya rəhbəri bu məlumatları verənlərə təşəkkür edirək deyib:

“Missiya zamanı kifayət qədər maliyyə və insan resursunun pandemiya ilə mübarizəyə ayrıldığını gördük. Bütün nazirliklər və agentliklər öz fəaliyyətlərini kommunikasiya edir. ÜST yenə də texniki dəstək göstərməyi davam etdirəcək”.

 

Hazırladı:

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

1 Avqust 2020 17:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Noyabr 2020 | 15:52
Azadlığın mübarək, Ağdam!
23 Noyabr 2020 | 15:51
Sənətkarın Şəhid oğlu

Köhnə versiyamızdan xəbərləri izlə