Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni “DOST Evi” mərkəzi bölgədə bir çox sahələrin inkişafına dəstək verəcək

Prezident İlham Əliyev tərəfindən İsmayıllıda təməli qoyulan  “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi bölgədə yeni iş yerlərinin yaradılmasına, məşğulluq və gəlir imkanlarının artırılmasına xidmət edəcək. Müəssisə həmçinin milli sənətkarlıq nümunələrinin istehsalı ənənəsinin inkişaf etdirilməsinə, milli mədəniyyətin təbliğinə və bölgədə turizm imkanlarının genişlənməsinə dəstək verəcək.

Ümumilikdə 5925 kvadratmetr ərazini əhatə edəcək müəssisədə milli mədəniyyət nümunələrinin eyni məkanda istehsalı, sərgisi və satışı təşkil olunacaq. Kiçik istehsalat və sərgi sahələri qədim üslubda qurulacaq, zəngin milli mədəniyyət nümunələrinin geniş nümayişinə şərait yaradılacaq.

DOST Evi”ndə xalçaçılıq, misgərlik, dulusçuluq, kəlağayı, toxuculuq, un məmulatları və s. kimi istehsal sahələri qurulacaq. Ümumilikdə milli mədəniyyət nümunələrinin istehsalı üçün burada 5 emaltxana, 1 sərgi və satış mərkəzi, eləcə də un məmulatlarının istehsalı və satışı mərkəzi fəaliyyət göstərəcək.  40-50 nəfər müəssisədə işlə təmin olunacaq.

Müəssisədə əhalinin və qonaqların asudə vaxtını maraqlı keçirməsi üçün lazımi infrastruktur yaradılacaq. Həmçinin Basqal kəndi və ətraf ərazilərdə istehsal olunan ekoloji təmiz kənd təsərrüfatı məhsullarının, eləcə də İvanovka kənd məhsullarının satışı üçün bio-bazar, market fəaliyyət göstərəcək. İaşə xidmətləri, milli kulinariyaya məxsus, ekoloji təmiz məhsullardan hazırlanmış qidalar təqdim ediləcək.

Mərkəzin regionun turizm infrastrukturuna inteqrasiyası vasitəsilə gəlirlərinin pilləli artırılması, Basqal kəndində hazırlanan kəlağayıların da müəssisədə satışının təşkili planlaşdırılır.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

1 Avqust 2020 16:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Noyabr 2020 | 15:52
Azadlığın mübarək, Ağdam!
23 Noyabr 2020 | 15:51
Sənətkarın Şəhid oğlu

Köhnə versiyamızdan xəbərləri izlə