Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qatar Airways" ABŞ-ın sanksiyalarına baxmayaraq İranda fəaliyyətini davam etdirəcək

İngiltərə, Fransa, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərinin hava yolları şirkətlərindən fərqli olaraq "Qatar Airways" Hava Yolları şirkəti İranla əlaqələri kəsməyəcək.

Trend-in məlumatına görə, bunu "Qatar Airways" Hava Yolları Şirkətinin icraçı direktoru Əkbər Al-Baker deyib. O, bildirib ki, ABŞ-ın İran əleyhinə sanksiyaları "Qatar Airways" Hava Yolları şirkətinin uçuşlarına təsir göstərməyəcək.

İcraçı direktor qeyd edib ki, "Qatar Airways" Hava Yolları şirkəti Dohadan Məşhəd, Şiraz və Tehran istiqamətində uçuşlar həyata keçirir.

Amerika Birləşmiş Ştatlarının birtərəfli şəkildə Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması və xarici valyutanın bahalaşması nəticəsində bəzi ölkələrin hava yolları şirkətləri İranda fəaliyyətlərini dayandırıblar.

9 Oktyabr 2018 12:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Noyabr 2018 | 11:14
Seperatçılar məğlub oldular

Ən son xəbərləri səhifəmizdən də izləyin