Ən son xəbərlər
Avqustun 1-dən Rusiya bir neçə ay qabaq koronavirus pandemiyası səbəbindən dayandırılan beynəlxalq hava əlaqələrini bərpa edir.
Bu barədə ölkənin baş naziri Mixail Mişustin xəbər verib. İlkin olaraq beynəlxalq aviadaşımalar Moskva, Sankt-Peterburq, Rostov-Don şəhərlərindən həyata keçiriləcək.
Hava əlaqələri bərpa ediləcək ilk üç ölkə Böyük Britaniya, Türkiyə və Tanzaniyadır. Avqustun əvvəlindən rusiyalılar London, Ankara, İstanbul şəhərlərinə və Zanzibar adasına, 10 avqustdan isə Antalya, Bodrum və Dalamana səfər edə biləcəklər.
Köhnə versiyamızdan xəbərləri izlə