Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan "Cənub Qaz Dəhlizi"nə 1,5 milyard dollar cəlb etməyi planlaşdırır

Azərbaycan

Azərbaycan 2018-ci ilin sonunadək "Cənub Qaz Dəhlizi" layihəsinə 1,5 milyard dollar cəlb etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

O qeyd edib ki, biz alman maliyyə resurslarının cəlb olunması üzərində işləyirik. 2018-ci ilin sonunadək 1,5 milyard dollar cəlb etməyi planlaşdırırıq.

Bundan əvvəl məlumat verilmişdi ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" üçün Avropa banklarından 15 il müddətinə 1,5 milyard dollaradək vəsait cəlb etmək niyyətindədir.

9 Oktyabr 2018 12:37 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin