Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FİDE reytinqi: Teymur Rəcəbov…

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, 100 şahmatçının yer aldığı reytinqin ilk 10-luğunda bir azərbaycanlı təmsilçi yer alıb. Teymur Rəcəbov yeni reytinqə əsasən 9-cu pillədə qərarlaşıb. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə 11-ci pillədə qalıb.

Azərbaycanın digər təmsilçiləri – Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü pillədə qərarlaşıb. Rauf Məmmədov isə 2 pillə geriləyərək, 91-ci pillədə yer alıb.

Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen edir.

Qadın şahmatçılar arasında isə Günay Məmmədzadə 29-cu, bir pillə irəliləyən Gülnar Məmmədova 75-ci, Xanım Balacayeva isə bir pillə irəliləyərək, 86-cı pillədə qərarlaşıb.

1 2020 09:50 - İDMAN
İDMAN
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə