• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 21.4 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan olimpiadaya qızıl medalla başladı

Azərbaycan olimpiadaya qızıl medalla başladı

Argentinanın  paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay  Olimpiya Oyunlarının təntənəli açılış  mərasimi  olmuş və Argentina idmançıları Pedro İbarra (otüstü xokkey) və  Sevilya Karrantsa (yelkənli qayıqsürmə idmanı) Olimpiadanın  məşəlini  alovlandırmışlar.
Azərbaycan  nümayəndə  heyətinini də  iştirak  etdiyi  açılış mərasimində komandamızın  bayraqdarı boksçu Nurlan Səfərov  olmuşdur.
Mərasimdə Argentina  Prezidenti  Maurisio Makriy  Yeniyetmələrin III  Yay  Olimpiya  Oyunlarını  açıq  elan etmişdir.
Xarici  KİV-lərin  yaydıqları  məlumata  görə, Olimpiadada 206  ölkədən 4012  idmançı  iştirak  edir.  Onlar 32  növdə 243  dəst  medal  uğrunda  mübarizə  aparacaqlar.  Olimpiya  hərəkatı  tarixində  ilk  dəfə olaraq  Oyunlarda  eyni  sayda   kişi  və qadın  idmançı  iştirak  edir.
Xəbər verdiyimiz  kimi,  Azərbaycan  Olumpiadada 17  idmançı  ilə  təmsil olunur. Onlar doqquz növ – gimnastika,  boks,  atletika,  ağırlıqqaldırma,  güləş,  cüdo,  üzgüçülük,  taekvondo və stolüstü  tennis  turnirlərində  çıxış  edirlər.
Təmsilçilərimizdən  birinci olaraq  yarış  meydanına  cüdoçular  dəvət olunmuşlar. Onlar  etimadı  doğrultmuşlar. Vüqar Talıbov (66 kq) Yəmən,  Tacikistan idmançılarını məğlubiyyətə uğratdıqdan sonra  yarımfinalda  Dominikan  Respublikası  nümayəndəsi  Antonio Tornala  qalib  gəlmiş,  finalda isə  rusiyalı Abrek  Naquçev  üzərində  qələbə  qazanıb Yeniyetmələrin  III Yay  Olimpiya  Oyunlarının  çempionu  olmuşdur.
Digər  cüdoçumuz – Vüsalə  Kərimova (44 kq) qızların  turnirində yeddinci  yeri  tutmuşdur.
Olimpiadada  ilk medal  dəsti atıcılıq  yarışlarında  oynanılmışdır.  İlk qızıl  medalı isə Rusiya  idmançıları  qazanmışlar. Qriqori Şamakov pnevmatik  tüfəngdən  10  metr  məsafədəki  hədəfə  atəş  açmaqda ən yaxşı nəticə  göstərərək Oyunların  çempionu olmuşdur.  Gümüş  və  bürünc  mükafatlar  Hindistan  və  Serbiyaya aparılacaq.
Dünən, Olimpiadanın ikinci  günü  Azərbaycan  idmançıları  stolüstü  tennis,  taekvondo  və  idman gimnastikası  yarışlarında  starta çıxmışlar.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

9 Oktyabr 2018 12:27 - İDMAN
İDMAN
19 Oktyabr 2018 | 17:11
İkinci dövrə starta çıxır
19 Oktyabr 2018 | 17:07
Medallara 400-dək iddiaçı
18 Oktyabr 2018 | 22:45
Mbappe “Qızıl top”a layiqdir
18 Oktyabr 2018 | 16:34
Uğurlu 6-cı tur
18 Oktyabr 2018 | 16:31
Dostlar fəxri kürsüdə
17 Oktyabr 2018 | 21:34
Messi olmasa...

Ən son xəbərləri səhifəmizdən də izləyin