Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərkosmos” optik peyk xidmətləri ixracını 16 faiz artırıb

Yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən 27 ölkəyə 21,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artım deməkdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayında bildirilir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

Cari ilin iyun ayında isə “Azərkosmos” ASC 20 ölkəyə 2,4 milyon dollar dəyərində xidmət ixrac edib. ASC-nin yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri olub.

V.BAYRAMOV,

“Xalq qəzeti”

31 2020 18:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə