Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyunda xarici vətəndaşlar ölkəmizdə bank kartları ilə 23,7 milyon manatlıq əməliyyatlar aparıblar

Koronavirus COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayında bildirilir ki, bunun nəticəsində cari ilin iyun ayında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 23,7 milyon manat təşkil edib.

Ümumilikdə isə bu ilin yanvar-iyun ayında isə əcnəbilər ölkəmizdə bank kartları vasitəsilə 279,7 milyon manatlıq əməliyyatlar aparıblar.

V.BAYRAMOV,

“Xalq qəzeti”

31 2020 18:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə