Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azexport.az” portalına daxil olan ixrac sifarişləri 10,4 faiz artıb

Bu ilin yanvar-iyun aylarında “Azexport.az” portalına 319,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayında bildirilir ki, iyun ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 45,6 milyon dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 10,4 faiz artıb.

2017-ci ilin yanvar ayından cari il iyunun 30-na kimi (42 ay ərzində) “Azexport.az” portalına 141 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 904,3 milyon dollar təşkil edib.

V.BAYRAMOV,

“Xalq qəzeti”

31 2020 17:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə