Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Karabakh Is Azerbaijan” platformasının paylaşımları sosial mediada trenddədir

Karabakh Is Azerbaijan” platforması yaradılıb. Bir qrup gənc tərəfindən təşkil edilmiş platformanın məqsədi informasiya müharibəsində fəal olmaq, Azərbaycan ordusuna və xalqımıza dəstək olmaq, beynəlxalq ictimaiyyəti sosial mediada  Qarabağ və Azərbaycan həqiqətlərindən xəbərdar etməkdir. 

Platforma qısa müddətdə “Facebook” üzrə 16 min, “Telegram” üzrə 1000 və “Whatsapp” üzrə əməkdaşlıq etdiyi digər qruplarla birlikdə 7000-dən çox üzv toplamağa nail olub.

Hazırda platforma üzərindən 14 günlük marafon da təşkil olunub. Marafonunun məqsədi Twitter sosial şəbəkəsi üzərindən məkanı müvafiq ölkəyə dəyişərək vahid bir heşteq altında müxtəlif ölkələrin gündəminə düşməklə dünyaya səsimizi çatdırmaqdır. Bu günə qədər platforma üzvləri vasitəsilə #StopArmenianAggression, #KarabakhIsAzerbaijan, #BeFairForAzerbaijan, #HearTheVoiceOfAzerbaijan, #NoSilenceForAzerbaijan, #İşgalciDevletErmenistan, #AzerbaijanWantsJustice

#StopLyingArmenia

#KnowTheTruthForAzerbaijan

#AzerbaijanNotEnemy

#AzerbaijanisAreNotTarget

#StopArmenianProvocation

#ReturnAzerbaijaniLands

#KIAZteam heşteqlərindən istifadə edərək edilən paylaşımlar  Türkiyə, Fransa, Belçika, ABŞ, Böyük Britaniya, Ukraniya, İsrail, Almaniya kimi ölkələrin “Twitter”ində trenddə ilk sıralarda və dünya trendində isə ilk 5-də yer alıb.

Fəaliyyət nəticəsində işğalçı Ermənistanın iyulunda növbəti dəfə Ermənistan-Azərbaycan sərhədində Tovuz istiqamətində  işğal cəhdi və onun nəticələri başda olmaqla, münaqişənin tarixi kökləri, Qarabağ həqiqətləri barədə ingilis dilində videolar və digər maarifləndirici materiallar hazırlayır.

Artıq http://www.karabakhisazerbaijan.com/ saytı da fəaliyyətə başlayıb.

Qeyd edək ki, bu təşəbbüsün müəllifləri Urfan Sərkərov, Yusif Xəlilov, Mürsəl Mürsəlli, İlkin Namazlı, Lalə Həmidli, Nərmin Seyidova, Rüstəm Səfərli,  Uğur İmaməliyev, Yunus Babasoylu, Sənan Ağayev, Nihad Ataxanlı və digər gənclərdir.

 

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

31 2020 16:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə