Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm”

Bu fikir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətində öz əksini tapıb

“Yaxın günlərdə Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün mü­vafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksi­yaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib...”. Bu fikirlər Azərbaycan Respublikası­nın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın həmin hadisələrlə bağlı həmvətənlərimizə müraciətində öz əksini tapıb.

Qəlbi daim qədirbilən Azərbaycan xalqı və dövləti ilə döyünən, onun üçün hər za­man narahatlıq keçirən, xalqının ən xırda uğurlarına belə sevinən, onun naminə gecəli-gündüzlü bütün fədakarlıqlara qatla­şan, nəinki xalqının, dövlətinin, bütün dün­yanın rəhm, mərhəmət, şəfqət simvoluna çevrilən bir xanımın, ananın, siyasətçinin, dövlət xadiminin müraciətidir bu. Başqa cür ola da bilməzdi. Mehriban xanım bu məsələyə də, növbəti erməni təxribatı və fitnəkarlığı nəticəsində sərhədin Tovuz istiqamətində baş verənlərə etiraz əlaməti olaraq, xarici ölkələrdə yaşayan soydaşla­rımızın bir andaca Vətən, Qarabağ naminə yaşadıqları ölkələrin küçələrinə axışmaları­na, həm işğalçı və təcavüzkar ölkəyə, həm onu dəstəkləyənlərə biganə qala bilməzdi.

Otuz ildən çoxdur ki, erməni yalan­larına, böhtanlarına inananlara, insanlıq əleyhinə cinayətlərinə göz yumanlara səslərini ucaltmalarına və bu zaman onların növbəti erməni barbarlığı, vandallığı ilə qarşılaşmalarına, yenə də "demokratiya", "insan hüquqları" "çarcıları"nın seyrçi qalmalarına artıq dözmək mümkün deyil. Ölkəmizin birinci xanımı öz haqq, etiraz səsini bir daha ucaltdı! Həm daxildə-ölkə vətəndaşları ilə, erməni həm də xaricdə yaşayan azərbaycanlılarla, soydaşlarımızla həmrəyliyini nümayiş etdirdi! Hər zaman onların yanında olduğunu və olacağını bütün dünyaya, düşmənlərimizə də, elə dostlsrımıza da gur səslə duyurdu. Budur Mehriban Əliyeva ucalığı, sevgisi. Budur Mehriban Əliyeva iradəsi və cəsarəti!

Müraciətdə də deyildiyi kimi, Los- Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Ancaq həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar? Müraciətində bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırır.

“Qanunsuz əməllər cəzalandırılmalıdır”. Tamamilə, haqlı, yerində olan tələbdir. Artıq yetər, Azərbaycana, azərbaycanlılara qarşı haqsızlığa, ədalətsizliyə son qo­yulmalıdır və işğalçı Ermənistanın, onları təhrik edənlərin layiqincə cəzası verilməlidir. Bu cəzanın vaxtı gəlib çatıb, hətta gecikib də...

Birinci vitse-prezident beynəlxalq qu­rumlara, o cümlədən, adlarını insan hüquq və azadlıqlarının müdafiəçisi təşkilatı qoyanlara da çağırış edib: ”Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Hu­man Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə ça­ğırıram. Lakin, nədənsə, biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər...”

 

Jalə ƏLİYEVA,
Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini

31 2020 12:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə