Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidlərimizi həmişə sevgi və hörmətlə anmalıyıq...

Milli Məclisin deputatları Qənirə Paşayeva, Məşhur Məmmədov və Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Tovuzda düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyevin ailəsini ziyarət ediblər.

Q.Paşayeva şəhid polkovnikin ailə üzvlərinə, onun və silahdaşlarının şəhid olmasından cəmi 4 --5 saat öncə etdiyi söhbətlərdən danışaraq, polkovnikin və silahdaşlarının qətiyyət və fədakarlığının, yüksək vətənpərvərlik ruhunun canlı şahidi olduğunu bildirib.

Q.Paşayeva polkovnik İ. Mirzəyevin öz həyatını vətən şərəfini, zabit şərəfini uca tutaraq yaşadığını, övladlarına əvəzsiz mənəvi miras qoyduğunu bildirib. Deputat kimi ön cəbhədə xidmət edən hərbçilərimizlə ardıcıl görüşlərindən xatirələr danışan Qənirə Paşayeva, Tovuzda düşmən hücumunun dəf edilməsi zamanı hərbçilərimizin necə yüksək ruhla, dönməzliklə irəli atıldığını, düşmənə sarsıdıcı zərbələr vurduğunu qürur hissi ilə danışıb. Q.Paşayeva məlumat verib ki, İlqar Mirzəyevin o cümlədən Tovuz istiqamətində qəhrəmanlıqla şəhid olan digər qardaşlarımızın həyat yolu ilə bağlı məqalələr və haqlarında xatirələr toplanmış kitabların nəşri planından xəbərdardır.

O, “gənc nəsillərimizin bu qəhrəman qardaşlarımızı daha geniş tanımasına xidmət edən layihələrə hər zaman dəstək olacağıq”-- deyib.

Milli Məclisin deputatı Məşhur Məmmədov İlqar Mirzəyev və silahdaşlarının öz şəhidlikləri ilə milli birliyə, həmvətənlərimizin ümumdünya səviyyəsində həmrəyliyinə çox böyük xidmət göstərdiyini deyib. Hər iki deputat, şəhid polkovnikin övladlarının təhsilini davam etdirməklə bağlı arzuları, qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin -- cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqətindədir və bizim hər birimizin də borcu, şəhid ailələrinə münasibətdə ali rəhbərlikdən örnək götürməkdir.

Yazıçı-publisist Əkbər Qoşalı, şəhidin ailə üzvləri ilə ürək sözlərini bölüşüb. Nur içində yatsın qəhrəman qardaşımız. Onu hər zaman sevgi və rəhmətlə anacağıq. Allah gözəl ailəsinə hər zaman yardımçı olsun!

 

Hazırladı:

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

31 2020 11:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə