Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID–19-a oxşar virus 2017-ci ildə olub

Terapevt, radioloq Azər Mehdiyev hər gün koronavirus infeksiyasına bənzər simptomları olan xəstələrlə qarşılaşır. O, oxşar virusun 2017-ci ildə Bakıda olduğunu bildirib. Həkim ölkəyə ərəb turistlərinin axın etdiyi 2017-ci ilin mayını xatırladıb. Deyib ki, düz bir ay sonra, Bakıda mövcud koronavirusla oxşar klinik təzahürləri olan qeyri-adi qripin yayılması müşahidə edildi. Onun sözlərinə görə, yeni infeksiya həm uşaqlara, həm də böyüklərə təsir edir, dərin öskürək və zəifliklə insanlara əziyyət verirdi. Həmin ilin avqust ayının sonunda isə xəstəliyin ikinci dalğası müşahidə edildi.

“Bir radioloq olaraq, o aylarda çoxları mənə yaxınlaşdı. Qeyri-adi hal ondan ibarət idi ki, hətta bir həftədən sonra xəstəlik bitmirdi, güclü antibiotiklər təyin etmək lazım gəlirdi, onlar da gözlənilən effekti vermirdi. Əsas klinik əlamətlərdən biri ağciyərlərdə uçan bulud şəklində qeyri-adi lokal dəyişikliklərin rentgen təsviri idi. Mən 15 ildən artıq radioloq kimi işləməyimə baxmayaraq, ilk dəfə belə bir mənzərəni görürdüm. Yavaş başlayan qrip aylarla davam edirdi. Bəziləri, xüsusən də uşaqlar xəstəxanada reanimasiya şöbələrinə yerləşdirilməli olurdular. Sonra təsadüfən Dubayda yaşayan xəstələrimdən birindən “dəvə qripi” haqqında məlumat əldə etdim”, - deyə, A.Mehdiyev bildirib.

Həkim bunun eynilə COVID --19-un “əmisi oğlu” olan Orta Şərq SARS-ı olduğunu vurğulayıb. Həmin xəstəlik yarasa ilə eyni mənbədən su içən təkhürgüclü dəvələrdən insanlara ötürülür.

A.Mehdiyev bildirib ki, 2017-ci ildə oxşar virusun artıq Bakıda olması xəbərdarlıq idi. Lakin alimlər buna düzgün reaksiya vermədilər. Ölkəmizdə virusologiya və epidemiologiya sahəsində elmi-tədqiqat və təcrübi işlərin praktiki olaraq az olduğunu bildirən həkim deyir ki, Tibb Universitetinin heç bir tələbəsi infeksionist həkim və ya epidemioloq olmaq arzusunda deyil. Bu da mütəxəssis çatışmazlığına səbəb olur.

 

Hazırladı:

 Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

31 2020 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə