Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yoluxma ilə bağlı şübhəniz varsa...

Mütəxəssislər bildirirlər ki, koronavirusla bağlı eşitdiyiniz əlamətlərdən hər hansı birini özünüzdə hiss edəndə təşvişə düşməyin. Sakit olun və aşağıdakı tövsiyələrə əməl edin...

- Özünüzü evdə təcrid edərək, yaxşı havalandırılan otaqda qalaraq, qab, dəsmal, əşyaları ayırmaq və ailə üzvləri ilə ünsiyyətdə olan zaman maskada olmaq lazımdır.

- Bol ilıq maye, su, çay, meyvə kompotları, limonlu çay, bitki çayları qəbul etmək vacibdir.

- Boğazı xüsusi məhlul və ya duzlu su ilə qarqara edin.

- Meyvə, tərəvəzlə qidalanın.

- Profilaktika məqsədilə D, A, C vitaminləri, sink qəbulunu davam etdirin.

- Həkim təyinatı olmadan, qızdırma 38-i keçmədən, tənəffüsdə problem yaşamadan komputer tomoqrafiya etdirin və özbaşına antibiotiklər qəbul etməyin.

- Müxtəlif virus əleyhinə dərmanların koronavirusa təsiri yoxdur. Test cavabı çıxana və sahə həkimi müvafiq müalicə təyin edənə qədər heç bir müalicəvi preparat qəbul etməyin.

- Hərarət 37,5-ə qədər yüksəlirsə, onu dərmanla salmayın. 38,5-i keçərsə, "Parasetamol" qəbul edin.

- Stres, panika, həyəcan vəziyyəti kəskinləşdirir, tənəffüsü pozur və immuniteti zəiflədir. Buna görə də, mütləq sakitləşmək üçün tədbirlər görüb, dəstək üçün sakitləşdiricilər qəbul edin.

- İlkin əlamətlər başlayandan sonra gecə yuxunuzun saat 22:00-dan başlamasına diqqət yetirin və yatmağa çalışın.

- Test nəticəsindən asılı olmayaraq, əlamətlərin gedişatına uyğun davranıb, müalicənizi etdirin.

- Ağciyərlərinizin son 3 ildə vəziyyətindən xəbərdar deyilsinizsə, ən azı bir rentgen çəkdirə bilərsiz.

- Günəş, hava, hərəkət, su – sizin birinci müalicə vasitələrinizdir.

Koronavirusa yoluxanların 85 faizi onu yüngül keçirir və sağalır. Sağalmaq isə öz əlinizdədir. Sadəcə daha yaşlı və xəstə insanları yoluxdurmaqdan çəkinin.

 

Hazırladı:

 Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

31 2020 10:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə