Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yağış yağıb, şimşək çaxıb, dolu düşüb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına  əsasən  iyulun  30-u   səhərədək  bəzi yerlərdə şimşək çaxıb, arabir yağış  yağıb.

Düşən yağışın miqdarı Göygöldə 14 mm, Daşkəsəndə 10 mm, Naftalan, Ağdamda 9 mm, Qusar, Bərdədə 7 mm, Gədəbəy, Xaltan, Qrızda 6 mm, Zərdab, Tərtərdə 5 mm, Şabranda 4 mm, Gəncə, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Yardımlı, Sarıbaşda (Qax) 3 mm, Şahbuz, Ağstafa, Zaqatala, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Lerikdə 2 mm, Şərur, Tovuz, Şəmkir, Balakən, Oğuz, İsmayıllı, Göyçay, Salyan, Neftçala, Astarada 1 mm olub.

Bərdə rayonuna saat 17:34-17:37 radələrində  diametri 10 mm  olan dolu düşüb.

Şimal-qərb küləyi iyulun 30-u səhər saatlarından başlayaraq 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə  dalğanın  hündürlüyü 3.5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-33, aran rayonlarında 31-38, dağlıq rayonlarda 20-24, Naxçıvan MR-da 35-41 dərəcə  isti olub.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

30 İyul 2020 17:10 - EKOLOGİYA
EKOLOGİYA
2 Sentyabr 2020 | 16:19
Sentyabr ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə