Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimli niyə hay-həşirdədir?!

Bir neçə gündür ki, “görkəmli hüquqşünas”, “mətin inqilabçı”, “keçmiş komsomol”, “fəal  cəbhəkrat” ermənipərəst, Nikol Paşinyanın azarkeşi Əli Kərimlinin trolları- “məşhur şərhçi” , “ yüksək səviyyəli icmalçı” Natiq Ədilov və “möhtəşəm “ ermənipərəct Sevinc Osmanqızı Azərbaycan dövlətinin , xüsusilə, ölkə Prezidenti cənab İlham Əliyevin ünvanına həqiqətə uyğun olmayan sözlər səsləndirirlər. Anti-Azərbaycan qüvvələr və ermənil lobbisi tərəfindən naliyyləşdirilən  bu trollar öz gözlərində tiri görmür, indiki iqtidarın gözündə tük axtarırlar.

Sevinc Osmanqızının müsahibləri kimlərdir? Qondarma “Milli Şura”nın sədri, Əli Kərimlinin qanunsuz müavini, "görkəmli tarixçi" , ermənipərəst Cəmil Həsənli, Ermənistan xüsusi xidmət orqanlarına nökərçilik etmiş Ramiz Yunus, Leyla Yunus və s.

İstər Sevinc Osmanqızı, istərsə də Natiq Ədilov erməniləri müdafiə edirlər. Azərbaycana, xüsusilə, ölkə Prezidenti cənab İlham Əliyevlə həmrəy olan bütün dövlətlərin rəhbərləri , nüfuzlu beynəlxalq təşkilatlar  Sevinc Osmanqızının və Natiq Ədilovun çıxışlarında pislənirlər. Sevinc Osmanqızı isə belə bir fikri formalaşdırmaq istəyir ki, güya xarici ölkələrdə yaşayan  azərbaycanlılar ermənilərə hücum ediblər. Halbuki xaricdə yaşayan “Asala” və “daşnaklar “ azərbaycanlılara hücum ediblər. Ermənilər həmin ölkələrin rəhbərləri və beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılıblar.

Bakıda təxribat törətmək  istəyən  Əli Kərimlinin radikal cəbhəkrat  dəstəsi  həbs edilib. Onlardan bir neçəsi isə COVID-19 virusu daşıyıcılarıdır.

“Fəal cəbhəçi “ Əli Kərimli dəridən-qabıqdan çıxır ki, onun cəbhəkratları  həbs edilməməlidir. Güya onların təqsiri yoxdur. İndiki iqtidar Əli Kərimli və onun radikal dəstəsini represiyaya məruz qoyur və s.

Əslində isə adamlar AXC-Müsavat hakimiyyəti dövründə represiyaya, təcavüzə məruz qalırdılar.   Ölkədə anarxiya,özbaşnalıq, hərc-mərclik hökm sürürdü. Yalnız xalqın təkidli tələbindən sonra ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda siyasi sabitlik və iqtisadi inkişaf bərqərar edildi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə ölkəni daha da çiçəkləndirir. ABŞ-ın sabiq dövlət katibi Con Bolton İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirdiyi üçün “möhtəşəm” ermənipərəst Sevinc Osmanqızının qəzəbinə gəlib. S. Osmanqızı Con Çoltonun əleyhinə olmayan sözləri deyib.

Bir sözlə, Əli Kərimlinin öyrətdiyi radikal dəstə tam ifşa edilib. İndi Əli Kərimli ona görə də həşirə düşüb. Ona nə anti-Azərbaycan qüvvələr, nə də erməni mafiyası kömək edə bilmir. Çünki ermənilərin  özləri də indi hay-həşirdədirlər.Bütün dövlətlər onları təcavüzkar, işğalçı adlandırır.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

30 İyul 2020 17:09 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Sentyabr 2020 | 23:02
Qələbə soraqlı günlər

Köhnə versiyamızdan xəbərləri izlə