Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın dövlət katibi Pxenyan və Seulda olub

ABŞ-ın dövlət katibi Pxenyan və Seulda olub

Koreya Xalq Demokratik Respublikasının Prezidenti Kim Çen In ümid edir ki, ABŞ lideri Donald Trampla yaxın vaxtlarda keçirəcəyi yeni görüş Koreya yarımadasının nüvəsizləşdirilməsində əhəmiyyətli irəliləyişə səbəb olacaq. Bu barədə o, ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı bəyan edib. Məlumatı TASS verib. 
Kim Çen In bildirib ki, onun Trampla ikinci görüşü üçün yaxşı gündəlik hazırlanmalıdır. Onun sözlərinə görə, ABŞ Prezidenti ilə Sinqapurda keçirilmiş birinci görüş zamanı imzalanmış birgə bəyanatın müddəaları uğurla yerinə yetirilir və buna görə ABŞ Prezidentinə minnətdardır.
Qeyd edək ki, ABŞ-ın dövlət katibinin Kim Çen Inla Pxenyanda görüşü zamanı nüvəsizləşdirmə məsələləri və ikinci Amerika-Şimali Koreya sammitinin keçirilməsi ilə bağlı işçi qrup yaratmaq barədə razılığa gəlinib. 
Həmin gün Cənubi Koreyaya gələn Pompeo Prezident Mun Çje İnə bildirib ki, Kim Çen Inla görüş 3 saat yarım çəkib, KXDR lideri ilə atılacaq birgə addımları müzakirə ediblər. Dövlət katibi əlavə edib ki, Kim Çen Inla görüşü məhsuldar olub. Cənubi Koreyadan olan ekspertlərin fikrincə, bu, əvvəllər KXDR-in malik olduğu silahların tam məhv edilməsinə qədər ona qarşı sanksiyaların qüvvədə qalmasını tələb edən Vaşinqtonun kompromisə hazır olduğunu göstərir.   
Amma ABŞ dövlət katibinin Şimali Koreyaya səfəri insidentsiz ötüşməyib. Belə ki, Mayk Pompeo KXDR lideri Kim Çen Inla görüşdən qabaq silahı, cangüdəni və hətta tərcüməçisindən məhrum edilib. Bu hadisə dövlət katibi hava limanında təyyarədən düşərkən baş verib. Bununla bağlı onu hava limanında qarşılayan Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini general Kim Yen Çol xəbərdar edib. Səfər zamanı Pompeonu müşayiət edən jurnalist deyib ki, dövlət katibi gərginliyi yumşaltmağa çalışıb və gülərək hər şeyi razılaşdıra biləcəklərini ifadə edib. Lakin bu da ona kömək etməyib. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

9 Oktyabr 2018 12:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
10 Fevral 2020 | 12:25
Kevin Konuey vəfat edib
4 Fevral 2020 | 17:42
Kaliforniyada atışma

Köhnə versiyamızdan xəbərləri izlə