Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sənədlər prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional ­Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunun Salmanlı kəndi ərazisində yaş köküstə 83 ədəd yulğun kolunun kökündən çıxarıldığı aşkar edilib.
Araşdırma zamanı yulğun kollarının Salyan rayon Yuxarı Noxudlu kənd sakini Vaqif Babayev tərəfindən çıxarıldığı məlum olub.
Faktla bağlı V.Babayev barəsində akt tərtib olunub və təbiətə 6640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sabirabad Rayon Prokurorluğuna göndərilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

9 Oktyabr 2018 12:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə