Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran parlamentində yeni sənəd təsdiqlənib

İran parlamentində yeni sənəd təsdiqlənib

“Anadolu” agentliyinin verdiyi xəbərdə bildirilir ki, İran parlamenti ölkənin Çirkli Pulların Yuyulmasının qarşısının alınması ilə bağlı Maliyyə Qrupu (FATF) təşkilatına üzv olması haqqında sənədi təsdiqləyib.
Məlumatda bildirilir ki, İranın ali rəhbəri ayətullah Seyyid Əli Xamenei sənədi təsdiqlədikdən sonra ölkənin FATF-ə təşkilatına üzv olması rəsmiləşəcək.
Mənbənin məlumatına görə, iclasda iştirak edən 271 deputatdan 143-ü sənədin lehinə, 120-si isə əleyhinə səs verib, 5 nəfər bitərəf qalıb, 3 deputat isə səs verməyib.
Qeyd edək ki, hakimiyyətdaxili qruplar İranın bu təşkilata üzv olması məsələsində fərqli mövqedən çıxış edirdilər. Bu təşkilata üzvlüyə tərəfdar olanlar hesab edir ki, bununla İranın maliyyə sektoruna nəzarət güclənəcək. Onların fikrincə, üzvlük İranı yaranmış mövcud maliyyə-iqtisadi böhrandan çıxarmayacaq.
Xatırladaq ki, FATF-nin 37 üzvü var. 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

9 Oktyabr 2018 12:18 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
10 Fevral 2020 | 12:25
Kevin Konuey vəfat edib
4 Fevral 2020 | 17:42
Kaliforniyada atışma

Köhnə versiyamızdan xəbərləri izlə