Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnterpolun itmiş rəhbəri istefa ərizəsini göndərib

İnterpolun itmiş rəhbəri istefa ərizəsini göndərib

İnterpolun Çində itkin düşmüş rəhbəri Men Xunvay təşkilata istefa ərizəsini göndərib.
“Reuters”in məlumatına görə, indi Men Xunvayı koreyalı Kim Yomq Yanq əvəz edir. İnterpoldan bildiriblər ki, bu quruma yeni rəhbər seçkisi noyabr ayında Dubayda keçiriləcək.
İnterpol Men Xunvayın xanımının xahişi ilə Çinə sorğu göndərib. Bir neçə saatdan sonra Çin Kommunist Partiyasından cavab gəlib. Məlum olub ki, Men Xunvay rüşvətxorluqda ittiham edilir. Onunla bərabər bir neçə şəxs də istintaqa cəlb edilib. Xəbəri Çinin İctimai Təhlükəsizlik Nazirliyi də təsdiq edib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti” 

 

9 Oktyabr 2018 12:17 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
10 Fevral 2020 | 12:25
Kevin Konuey vəfat edib
4 Fevral 2020 | 17:42
Kaliforniyada atışma

Köhnə versiyamızdan xəbərləri izlə