Ən son xəbərlər
FIFA və “France Football” nəşri 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb. 30 namizədin mübarizə aparacağı siyahıya ilk olaraq beş namizədin adı daxil edilib. İlk beşlikdə Serxio Aquero (“Mançester Siti”), Qaret Beyl (“Real Madrid”), Kərim Benzema (“Real Madrid”), Alisson Bekker (“Liverpul”), Edinson Kavani (PSJ) təmsil olunurlar.
Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Parisdə keçiriləcək.
Xəbəri “Eurosport” verib.
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə