Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pele Ronaldu və "Yuventus"dan danışdı

Üçqat dünya çempionu, braziliyalı Pele hücumçu Kriştianu Ronaldu və onun komandası "Yuventusu"u A Seriyasının cari mövsümündə qələbə münasibətilə təbrik edib.

Bu barədə “Report” “A Bola”ya istinadən xəbər verir.

"Kriştianu müasir idmançıdır, hansı ki, hamıya müvəffəqiyyətin həmişə onunla gəldiyini göstərir. O, özünü tamamilə işə həsr edir və nə edirsə onu sevir. Bundan başqa, mən fövqəladə oyunçular Duqlas Kostaya, Aleks Sandroya və Danilo Luisə də haqq vermək istəyirəm. İtaliya çempionatında qələbə münasibətilə "Yuventus"u təbrik edirəm", - Pele deyib.

"Yuventus" ardıcıl doqquz dəfə (2011/2012, 2012/2013, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 mövsümləri) İtaliya çempionu olub. Bu milli birincilikdə "qoca senyora"nın 36-cı qələbəsidir.

Ronaldu "Yuventus"a 2018-ci ilin yayında "Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı hücumçu İtaliya çempionatının 32 matçda (hamsında əsas heyətdə) iştirak edib, 31 qol vurub (12 penalti), həmçinin 6 məhsuldar ötürmə edib.

Futbolçunun klubla müqaviləsi 2022-ci il ilə qədər qüvvədədir.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

28 İyul 2020 11:06 - İDMAN
İDMAN
27 Sentyabr 2020 | 09:30
Təklifdən imtina
26 Sentyabr 2020 | 04:27
Yeni transfer

Köhnə versiyamızdan xəbərləri izlə