Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 264 Bakı şəhəri, 27 iyul 2020-ci il

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 dekabr tarixli 261 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidenti­nin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 16-cı hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haq­qında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 dekabr tarixli 261 nömrəli Qərarının (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1152; 2007, № 6, maddə 702; 2010, № 5, maddə 472; 2012, № 4, maddə 390; 2016, № 5, maddə 966; 2017, № 3, maddə 489) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyası 13 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə problemləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Qadın problemləri və gender məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi təminat şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Regional mərkəzlərlə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının İnformasiya və analitik araşdır­malar şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sekto­runun müdiri.”.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə