• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

Sabah Bakı Ekspo Mərkəzində  12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək. Dünyanın 12 ölkəsindən 100-dən çox qurumun iştirak edəcəyi sərgi “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilib .

Təhsil Nazirliyindən verilən məlumatda deyilir ki,  Azərbaycanın 14 ali təhsil müəssisəsinin qatıldığı sərgidə “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim ediləcək.

Sərgidə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və  müxtəlif mövzularda mühazirələr də dinləniləcək.

Oktyabrın 13-dək davam edəcək sərginin baş sponsoru “Kapital Bank”dır.  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstək verdiyi sərgidə   təşkilatçı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

9 Oktyabr 2018 12:09 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin