Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş nazirin xüsusi köməkçisi: “Pakistan Azərbaycan kimi yaxın dost və qardaş ölkələrlə əlaqələrə xüsusi önəm verir”

Baş nazirin xüsusi köməkçisi: “Pakistan Azərbaycan kimi yaxın dost və qardaş ölkələrlə əlaqələrə xüsusi önəm verir”

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistan Baş nazirinin siyasi məsələlər üzrə xüsusi köməkçisi Naim ul Haqla görüşüb.

Bu barədə “Report”a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Səfir Pakistanın Azərbaycana yaxın dost və qardaş ölkə olduğunu diqqətə çatdırıb, Azərbaycanın Pakistanla siyasi əlaqələrlə yanaşı, iqtisadi, ticari, müdafiə sənayesi, hərbi və hərbi-texniki, enerji, turizm və digər sahələrdə əməkdaşlığın daha da artırılmasına maraqlı olduğunu bildirib. Səfir Azərbaycanın Pakistana dəstəyinin davam edəcəyini və Pakistanın da Dağlıq Qarabağ və digər həssas məsələlərdə Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Pakistan Baş nazirinin siyasi məsələlər üzrə xüsusi köməkçisi Naim ul Haq Pakistanın həmişə Azərbaycan kimi yaxın dost və qardaş ölkələrlə əlaqələrə xüsusi önəm verdiyini və münasibətlərin daha da inkişafına çalışdığını, iqtisadi, ticari, enerji, investisiya sahələrində əməkdaşlığın daha da artırılması üçün səylərin davam etdiriliməsinin vacibliyini söyləyib.

Görüşdə həmçinin ikitərəfli səfərlərin daha da artırılması, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində dəstəyin və birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

İ.Əmənullayev,
“Xalq qəzeti”

9 Oktyabr 2018 12:02 -

Ən son xəbərləri səhifəmizdən də izləyin