Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda 2 min reklamın yayımı dayandırıldı

Azərbaycanda 2 min reklamın yayımı dayandırıldı

“Bu ilin iyul ayına qədər 2000-ə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb, 10-a qədər inzibati protokol tərtib olunub”.

Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Agentlikdən bildirilib ki, bu zaman tək reklam daşıyıcıları deyil, həmçinin reklamın məzmununa da nəzarət olunur: "Azərbaycanın dilçilik prinsiplərinin, dövlət rəmzləri ilə bağlı tələblərin qorunmasına çalışılıb".

Qeyd olunub ki, Dövlət Reklam Agentliyi həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıb.

 Agentlik bəyan edib ki, açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi  üçün mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir.

“Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədi ilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək”.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 Oktyabr 2018 11:58 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə