Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kino tariximizdə ilk dəfə retro kinotexnika sərgisi açılacaq

Kino tariximizdə ilk dəfə retro kinotexnika sərgisi açılacaq

Bu gün Dövlət Film Fondunda “Keçmişdən səslər” retro kinotexnika sərgisi açılacaq.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, sərgidə kinostudiyanın istehsalat sexlərində və Dövlət Film Fondunun muzey ekspozisiyasında qorunub saxlanan XX əsrin operator texnikası, səsyazma avadanlığı, işıqlandırma cihazlarının nümunələri göstəriləcək.

Qeyd edək ki, belə zəngin formatda retro kino sərgisi kino tariximizdə ilk dəfə keçiriləcək.

Sərgilənən 100-dən artıq texnoloji nümunənin demək olar ki, hamısı bərpa edilib və işlək vəziyyətdədir. Sərgidə 60-70-ci illərin kino çəkilişi meydançasının atmosferi yaradılacaq, “Motor!” komandası eşidiləcək. Dünyadan getmiş böyük kino ustalarımızın səsləri iştirakçıları salamlayacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 Oktyabr 2018 11:51 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin